reklam
1937-ci ildən başlayan çempionat və
Sportfm.az xəbər saytı

1937-ci ildən başlayan çempionat və "Rusenborq"un rekordu


DÇ-2018-in seçmə mərhələsində sentyabrın 1-də, Oslo şəhərindəki Ullevaal stadionunda milli komandamız Norveç yığması ilə vacib matça çıxacaq. 

Sportfm.az xəbər verir ki, heyətində daha çox ölkə xaricində çıxış edən futbolçulara yer verən Lars Laqerbekin rəhbərlik etdiyi komanda yerli çempionatda çıxış edənlərə də "qucaq açır". 1937-ci ildən keçirilən Norveç çempionatı Elitseriya adlanır. 2017-ci ilin əvvəlində Norveç Futbol Federasiyasının qəbul etdiyi qərara əsasən, ölkənin futbol elitası sponsor adlarından imtina edib. İlk illər Norveç Liqası adını daşıyan çempionatda hazırda 16 komanda mübarizə aparır. Yeni yarandığı dönəmdə "Fredrikstad" klubunun hegemonluq etdiyi Norveç birinciliyinə 90-cı illərdən sonra tarixində 24 dəfə çempion olan "Rusenborq" öz damğasını vurub. Birinci Diviziona cəmi bir komandanın "yuvarlandığı" Elitseriya azarkeş baxımından korluq çəkir. Belə ki, ölkə çempionatının matçlarını orta hesabla 5600 nəfər izləyir. Norveç çempionatında ən gənc yaşda debüt edən futbolçu müqavilə ilə "Real" Madrid klubuna məxsus olan və hazırda Niderlandın "Heerenveen" komandasına icarəyə verilən Martin Edeqordur. Edeqor 15 yaş, 3 ay və 27 günlük olanda "Stryomsqodset"in heyətində meydana çıxıb. 

Qeyd edək ki, C qrupunda yer alan millimizin 6 oyundan sonra aktivində 7 xal var, norveçlilər isə cəmi 4 xal toplayıb. 

Oxşar xəbərlər

Məşhur futbolçu Norveç klubundan ayrıldı
"Ulleval" stadionunda "Qarabağ"ın ilkləri
Norveç yığmasının üzvü "Qarabağ"da
Öncə Lars Laqerbek, sonra Robert Prosineçki
Norveç - Azərbaycan oyununa maraq aşağı səviyyədədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər