reklam
Sportfm.az xəbər saytı

"Barselona"da daha bir Kluyvert!


Partik Kluyvertin oğlu Şeyn karyerasını "Barselona"da davam etdirəcək.

Sportfm.az xəbər verir ki, 9 yaşlı hücumçu katalonlarınm uşaq komandasında oynayacaq. O, son olaraq PSG-nin akademiyasında futbolun sirlərinə yiyələnirdi. Bu yay Kluyvertin Paris klubunun idman direktoru vəzifəsindən istefa verməsi oğlunun da gələcək taleyinə təsirsiz ötüşməyib.

Şeyn iyulda "Nike" firması ilə 5 illik müqavilə imzalamışdı. Bununla da o, Hollandiya idmanı tarixində bu tipli peşəkar müqavilə imzalayan ən gənc idmançı olmuşdu. O, sosial şəbəkələrdə fəallığı ilə də seçilir. Azyaşlı forvardın İnstagram-da 144 min, YouTube-də isə 45 min nəfər izləyicisi var. Qeyd edək ki, Kluyvertin böyük oğlu Castin "Ayaks"ın şərəfini qoruyur.

Oxşar xəbərlər

Suares Braziliya klubu ilə anlaşdı
“Roma”da koronavirus şoku - Yoluxma sayı 4-ə çatdı
Neymarın oğlu ilə qeyri-adi zarafatı - VİDEO
Monçi daha bir istedadı "Roma"ya qazandırdı
Messinin oğlu da "Barselona"da

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər