Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Gəncədə kəmər imtahanı keçirildi
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Gəncə İdman Sarayında kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
Sportfm.az xəbər verir ki, imtahanda 120 cüdoçu yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdirib.
İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub. Kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda motivasiyalarının artmasına xidmət edir.
Kəmər dərəcəsi idmançının hazırlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi şəkildə təsdiqlənməsi baxımından mühüm göstəricidir. Bununla yanaşı, bu mərhələ gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur.

Oxşar xəbərlər
Cüdoçularımız kəmər imtahanı verdi
Kəmər imtahanı - 7 yaşdan yuxarı
Cüdoçular üçün rəsmi imtahanlar keçiriləcək
Goranboyda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirildi
Cüdoçular üçün imtahanlar keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası