reklam
DÇ - 2026: Bütün komandalar məlum oldu - SİYAHI
Sportfm.az xəbər saytı

DÇ - 2026: Bütün komandalar məlum oldu - SİYAHI


2026-cı il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin yekununa əsasən final mərhələsində çıxış edəcək 48 komandanın tam tərkibi bəlli olub.

Sportfm.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi mundiala son vəsiqələri qitələrarası pley-off mərhələsinin qalibləri Konqo Demokratik Respublikası (DR) və İraq milliləri əldə edib.

Konqo DR Yamaykaya 1:0, İraq isə Boliviyaya 2:1 hesabı ilə qalib gəlib.

Beləliklə, mundialın qrup mərhələsinin tərkibi belə müəyyənləşib:

A qrupu: Meksika, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çexiya
B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina
C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya
D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə
E qrupu: Almaniya, Kurasao, Kot-d’İvuar, Ekvador
F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç
G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya
H qrupu: İspaniya, Kabo-Verde, Səudiyyə Ərəbistanı, Uruqvay
I qrupu: Fransa, Seneqal, Norveç, İraq
J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya
K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, DR Konqo
L qrupu: İngiltərə, Xorvatiya, Qana, Panama

Qeyd edək ki, dünya çempionatı 11 iyun - 19 iyulda ABŞ, Meksika və Kanadada keçiriləcək.

Oxşar xəbərlər

DÇ-2026-nın püşkü atıldı - Qruplar bilindi
Qruplarının tərkibi dəqiqləşdi - DÇ-2022
DÇ-2022-nin təqvimi dəqiqləşib
DÇ-2022-nin püşkü atıldı, ABŞ İranla eyni qrupa düşdü
Afrika Millətlər Liqasının püşkü atıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər