Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Əsas hədəfimiz təcrübə qazanmaq idi" -Mariya Stadnik
Estoniyada yeniyetmələr arasında keçirilən "Tallin Open" turnirində Azərbaycan güləşçiləri üçün əsas məqsəd nəticə yox, öyrənmək olub.
Sportfm.az xəbər verir ki, bu barədə açıqlamasında qızlardan ibarət U-17 milli komandasının böyük məşqçisi Mariya Stadnik bildirib.
O, sözügedən yarışın Avropa çempionatı üçün hazırlıq xarakteri daşıdığını söyləyib:
"Qızlar üçün əsas məqsəd nəticə yox, öyrənmək idi. Yarış zamanı onların vəziyyətini görmək, psixologiyalarını daha yaxşı anlamaq və hər birinə fərdi yanaşmanı müəyyən etmək vacib idi. Bu turnir güləşçilərimiz üçün çox yaxşı təcrübə oldu. Onlardan razı qaldığımı deyə bilərəm. Çünki sonadək mübarizə aparırdılar".
M.Stadnik "Tallin Open" turniri başa çatdıqdan sonra sözügedən ölkədə təlim-məşq toplanışına qatıldıqlarını sözlərinə əlavə edib.
Xatırladaq ki, Azərbaycan güləşçiləri "Tallin Open" turnirində 5 medal qazanıblar. Fatimə Bayramova (53 kq) çempion olub. Nəzrin Əhmədli (49 kq), Rəna Nuriyeva (61 kq) və Simurə Abdullayeva (69 kq) gümüş, Xədicə Qurbanzadə (49 kq) isə bürünc medal qazanıb. (Report)

Oxşar xəbərlər
Güləşçilərimizdən Estoniyada 5 medal - Beynəlxalq turnir
Stadnik milli komandamızla Estoniyaya yollandı
Güləşçilərimiz ilk gündə 5 medal qazandı - “Zaqreb Open”
Mariya Stadnik qızıl medal qazandı - Poland Open

Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası