reklam
Bolqarıstan futbolunun əfsanəsi dünyasını dəyişdi
Sportfm.az xəbər saytı

Bolqarıstan futbolunun əfsanəsi dünyasını dəyişdi


Bolqarıstan Futbol İttifaqının keçmiş prezidenti, həmçinin millinin sabiq qapıçısı Borislav Mixaylov 63 yaşında vəfat edib.

Sportfm.az xəbər verir ki, Mixaylov 2025-ci ilin noyabrında insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Borislav Mixaylov karyerası ərzində üçqat Bolqarıstan çempionu və ölkə kubokunun üçqat qalibi olub. O, 1983-1996-cı illərdə millinin şərəfini qoruyub. O, 102 matçla ölkə futbolu tarixində ən çox oyun keçirən ikinci futbolçu kimi yadda qalıb.

Qeyd edək ki, B.Mixaylov Bolqarıstan yığmasının yarımfinala qədər irəlilədiyi DÇ-1994-də komandanın əsas qapıçısı olub.

Oxşar xəbərlər

XX əsrin ən yaxşı məşqçisi dünyasını dəyişdi
Üçqat Avropa çempionu vəfat etdi
Braziliya futbolunun əfsanəsi dünyasını dəyişdi - 92 yaşında
Millinin yeni baş məşqçisi məlum oldu
UEFA Bolqarıstanı cəzalandıra bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər