reklam
Belfortun transferi
Sportfm.az xəbər saytı

Belfortun transferi "Zirə"yə nə qazandıracaq? - ÖZƏL


"Zirə"nin bu yay transfer etdiyi 25 yaşlı haitili Kervens Belfortun Hindistan klubu ilə müqavilə imzalamağa yaxın olmasından yazmışdıq. 

"Qartallar"ın baş məşqçisi Ayxan Abbasov Sportfm.az saytına məsələnin nə yerdə olduğunu açıqladı:"Hindistan klubu Belfortun transferi ilə bağlı bizə rəsmi olaraq müraciət etməyib. Sadəcə, şifahi razılaşma əldə olunub. Ancaq onların keçidlə bağlı rəsmi müraciət etməsi gözlənilir. Bizim şərtləri qəbul etsələr, Belfortun transferi baş tutacaq. Futbolçu üçün də yaxşı təklif olduğunu düşünürəm. İnşallah, klubumuz bu keçiddən gəlir əldə edəcək".

Qeyd edək ki, Kervens Belfortun transferində Hindistanın "Jamşedpur" klubu maraqlıdır. 

Oxşar xəbərlər

"Zirə"nin yeni transferi Bakıya nə vaxt gələcək?
Arda Turan transferi ilə bağlı "Qalatasaray"dan rəsmi açıqlama
"Zirə"nin futbolçusu Hindistana yollandı
"Zirə"nin futbolçusu Hindistan klubunda
Bonillanın yeni klubu müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər