reklam
Andreas Şelderup həftənin ən yaxşısıdır
Sportfm.az xəbər saytı

Andreas Şelderup həftənin ən yaxşısıdır


Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Sportfm.az xəbər verir ki, turnirin mətbuat xidmətinin məlumatına görə, bu ada "Benfika"nın yarımmüdafiəçisi Andreas Şelderup layiq görülüb.

Norveçli vinger "Real"la baş tutan qarşılaşmada (4:2) dubl edərək komandasına parlaq qələbə qazandırıb. Məhz bu məğlubiyyət "kral klubu"nun əsas mərhələdə ilk səkkizlikdən kənarda qalmasına səbəb olub.

Şelderup səsvermədə rəqiblərini, "Çelsi"dən Joao Pedronu ("Napoli"yə 2 qol), "Bayer"dən Malik Tillmanı ("Vilyarreal"a 2 qol) və "Liverpul"dan Aleksis Makallisteri qabaqlayıb.

Xatırladaq ki, Aleksis Makallister təmsilçimiz "Qarabağ"ın "Liverpul"la (0:6) matçında dubl müəllifi olub.

Oxşar xəbərlər

“Qarabağ”a 2 qol vuran futbolçu ən yaxşılar arasında
Fil Foden həftənin ən yaxşısıdır - Çempionlar Liqası
Obameyanq Avroliqada həftənin ən yaxşısıdır
Həftənin ən yaxşısı açıqlandı - Çempionlar Liqası
Həftənin ən yaxşı futbolçusu - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər