"Qarabağ”la oyuna tələsik başlamamalıyıq, əks halda…"
Bu səviyyəni qorumalıyıq. Matça düzgün konsentrasiya bizi qələbəyə apardı.
Sportfm.az saytı qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində rəqibi olan Danimarkanın "Kopenhagen" klubunun baş məşqçisi Steyl Solbakken bildirib.
Danimarka Super Liqasının növbəti oyununda- VI turda evdə "Senderyuske" üzərində 3:2 hesablı qələbədən sonra fikirlərini açıqlayan norveçli mütəxəssis çempionumuzla avqsutun 23-də keçiriləcək cavab matçı haqda da söz açıb: ""Qarabağ"a qarşı matça da düzgün başlayıb onların fərqlənməsinə imkan verməməliyik. Çempionat oyununda 3 qol vurduq və bu yaxşıdır. Amma "Qarabağ" bugünkü rəqibdən fərqli Avropada çox güclü təcrübəyə malik komandadır. Necə oynamağı yaxşı bilirlər. Bu komanda cinahlarda son dərəcə sürətli oyunçulara malikdir. Biz həmin oyuna tələsik başlamamalıyıq. Balansı qorumalıyıq. Əks halda hər şey bitəcək. Əgər əlavə vaxt olsa, güclü olacağıq. Çünki çox önəmli matçdır. Səfərdə, sadəcə, 0:1 uduzmuşuq. Fürsətimiz var".
Oxşar xəbərlər
"Oyuna tam konsentrasiya olmalıyıq" - Qurban Qurbanov
“Kopenhagen”in baş məşqçisi sabahkı oyunu şərh etdi
Sol Solbakken: Rəqib güclü komandadır
"Qarabağ"la oyunlarımız əla şou olacaq"
"Kopenhagen"in futbolçusu:"Hər iki oyunda qalib gəlmək gücündə olmalıyıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası