Güləşçilərimiz Parisə yola düşüb
Dünyanın güləş ictimaiyyətinin diqqəti avqustun 21-dən etibarən Fransanın paytaxtı Paris şəhərində keçiriləcək dünya çempionatına yönəlib.
Sportfm.az xəbər verir ki, Yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri ötən gecə Parisə yola düşüb.
Komandamızın heyətində Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev (71 kq), Həsən Əliyev (75 kq), Elvin Mürsəliyev (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) yer alıb. Yığmamız baş məşqçi Şaban Donat, böyük məşqçi Akif Əliyev, məşqçilər Nurəddin Rəcəbovun rəhbərliyi altında mübarizə aparacaq.
Proqrama əsasən, çempionatın ilk iki yarış günündə yunan-Roma güləşçiləri yarışacaq. Avqustun 21-də 71, 75, 85 və 98 kq, avqustun 22-də isə 59, 66, 80 və 130 kq-da pəhləvanlar xalçaya çıxacaq.
Oxşar xəbərlər
Medal ümidlərimiz Fransaya yola düşdü - FOTO
Yığma komandamız Qran-Pridə mübarizə aparacaq
Güləşçilərimiz Kiyevdə güclərini sınayacaqlar
Dünya çempionatında ölkəmiz neçə güləşçi ilə təmsil olunacaq?
Yunan-Roma güləşçilərimiz Yay Olimpiya Oyunlarına hazırdırlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyə İtaliyaya uduzdu, Fransadan darmadağın - Millətlər Liqası
-
Azərbaycan millisinə məğlub oldu, istefaya göndərildi
-
"Təcrübə hər zaman sözünü deyir” - “Turan”ın baş məşqçisi
-
İlk oyunların hakimləri açıqlandı - Azərbaycan Kuboku
-
Millimiz bu gün Cəbəllütariqlə qarşılaşacaq
-
Bədəlbəyliyə töhmət verildi - Qərar















Misli Premyer Liqası