reklam
Yığmadan kənarlaşdırılan futbolçu danışdı: Mənim kimi kiçik bir insandan...
Sportfm.az xəbər saytı

Yığmadan kənarlaşdırılan futbolçu danışdı: Mənim kimi kiçik bir insandan...


Qabon millisinin hücumçusu Pyer-Emerik Obameyanq ölkə hökumətinin onu yığmanın heyətindən xaric etməsi, eləcə də milli komandanın fəaliyyətinin dayandırılması və məşqçilər korpusunun buraxılması ilə bağlı qərara münasibətini açıqlayıb.

Sportfm.az xəbər verir ki, 36 yaşlı futbolçu fikirlərini sosial şəbəkə hesabında paylaşıb.

“Düşünürəm ki, komandanın problemləri mənim kimi kiçik bir insandan qat-qat dərindir” – deyə Obameyanq yazıb.

Xatırladaq ki, Qabon yığması Afrika Millətlər Kubokunun qrup mərhələsində uğursuz çıxış edib. Komanda Kameruna (0:1), Mozambikə (2:3) və Kot-d’İvuara (2:3) məğlub olaraq F qrupunda sonuncu yeri tutub. Bu nəticədən sonra ölkə rəhbərliyi radikal qərarlar verərək milli komandanın fəaliyyətini dayandırıb və Obameyanq da daxil olmaqla bir sıra şəxsləri yığmadan kənarlaşdırıb.

Oxşar xəbərlər

Yığma komanda fəaliyyətini dayandırdı - ŞOK
Obameyanq Avroliqada həftənin ən yaxşısıdır
Atası ulduz futbolçunun baş məşqçisi oldu
Stiven Cerrard:"Liverpul klubuna məhz o lazımdır"
"Borussiya"dan yalnız "Real"a görə gedərəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər