Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cüdo millilərimiz üçün seminar keçirildi
Azərbaycan Cüdo Federasiyasında yığma komandaların məşqçiləri və ölkənin aparıcı cüdo klublarının nümayəndələri üçün seminar təşkil olunub.
Sportfm.az xəbər verir ki, təlimlər idmançı sağlamlığının qorunması, zədələrin qarşısının alınması və performansın artırılması mövzularını əhatə edib.
Təlim proqramının reabilitasiya və zədə sarğıları (“taping”) mövzusu beynəlxalq təcrübəyə malik fizioterapevt Morqan Selles tərəfindən tədris olunub.
Sessiya zamanı cüdoda ən çox rast gəlinən zədələr, onların yaranma səbəbləri, reabilitasiya mərhələləri, idmançının təhlükəsiz şəkildə məşq və yarışlara qaytarılması, həmçinin zədə sarğısı və kinesioteypin düzgün tətbiqi ilə bağlı praktiki biliklər iştirakçılara təqdim edilib.
Dartınma (gərmə) hərəkətləri (“stretching”) və mobilizasiya mövzusu isə tanınmış mütəxəssis Taro Netzer tərəfindən aparılıb. Təlim zamanı dartınma və mobilizasiya metodlarının cüdo məşq prosesində rolu, zədə riskinin azaldılması, hərəkət amplitudasının artırılması, eləcə də məşqdən əvvəl və sonra düzgün tətbiq prinsipləri izah olunub.
Sessiyalar həm nəzəri, həm də praktiki hissələrdən ibarət olub.
Təlimlərin əsas məqsədi məşqçilərin tibbi-reabilitasiya biliklərini gücləndirmək, idmançılarla daha təhlükəsiz və elmi əsaslı şəkildə işləmələrini təmin etmək olub. Azərbaycan Cüdo Federasiyası məşqçilərin davamlı inkişafını və beynəlxalq standartlara uyğun biliklərlə təmin olunmasını prioritet istiqamət kimi davam etdirir.

Oxşar xəbərlər
Cüdo hakimləri praktiki seminarda iştirak etdi
Cüdo hakimləri üçün seminar təşkil olundu
Hakimlər üçün seminar təşkil edildi - FOTO
Cüdo məşqçilərinə seminar keçirildi - Kata üzrə
Bakıda cüdo məşqçiləri üçün seminar keçirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aazərbaycan klublarında oynamış futbolçu İranda həbs edildi
-
Kütləvi Futbol Mentoru ilə AFFA-da görüş keçirildi
-
"Karvan-Yevlax" - "Sumqayıt" - START HEYƏTLƏR
-
Antonio Lara "Şamaxı"dan getdi - AYRILIQ
-
“Sumqayıt” “Karvan-Yevlax” məğlub etdi - Premyer Liqa
-
“Qarabağ” – “Turan Tovuz” oyununun biletləri satışda

Misli Premyer Liqası