reklam
AFFA Lənkəran təmsilçisinin istəyini təmin etmədi
Sportfm.az xəbər saytı

AFFA Lənkəran təmsilçisinin istəyini təmin etmədi


Apellyasiya Arbitraj Tribunalı “Lənkəran” Futbol Klubunun (Region Liqası) "Salyan OİK" – "Lənkəran" oyunu ilə bağlı verilən qərardan şikayətinə baxıb.

Sportfm.az xəbər verir ki, qurum bölgə təmsilçisinin şikayətini təmin etməyib. Qərarda qeyd olunub:

1. “Lənkəran” Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.

2. 16 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Salyan OİK-Lənkəran FK oyunu bitdikdən sonra Lənkəran FK komandasının heyətində 10 nömrəli futbolçu Şahin Ağayevin hakimlər briqadasını təhqir etməsinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmaması barədə İntizam Komitəsinin 20 noyabr 2025-ci il tarixli qərarı öz qüvvəsində saxlanılsın.

3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

Oxşar xəbərlər

İntizam Komitəsinin qərarı ləğv olundu - "Lion" şikayəti təmin olundu
“Zirə”nin şikayəti təmin edildi - Qərar
AFFA "Neftçi" və "Keşlə"nin şikayətini təmin etdi
AFFA Qurbanovun cəzasını azaltdı
Qurbanovun cəzası azaldıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər