reklam
“Şamaxı” 20-ci dəfə bu raundda iştirak edəcək -
Sportfm.az xəbər saytı

“Şamaxı” 20-ci dəfə bu raundda iştirak edəcək -Azərbaycan Kuboku


Azərbaycan kubokunun 1/4 finalında yeni komandalar olmayacaq.

Sportfm.az saytının PFL-ə istinadən məlumatına görə, 8 ən yaxşı sırasına yüksələn bütün klublar əvvəllər də 1/4 final həyəcanı yaşayıb.

Onlardan ikisi yubiley uğuruna imza atıb. “Şamaxı” 20-ci, “Sumqayıt” 10-cu dəfə bu raundda iştirak edəcək. 1/4 finalçılar arasında ən yüksək göstərici “Qarabağ”dadır. Ağdam klubu 27-ci dəfə bu mərhələdə oynayacaq. Bununla da bölgə təmsilçisi 33 dəfə belə uğura imza atan “Neftçi” ilə fərqi azaldacaq.

Mərhələnin digər iştirakçılarından “Qəbələ” və “Kəpəz” 17-ci, “Zirə” 11-ci, “Sabah” 7-ci, “Turan Tovuz” 2-ci dəfə 1/4 finalda oynayacaq.

Qeyd edək ki, ümumilikdə 46 komanda yarımfinalın bir addımlığında olub.

Oxşar xəbərlər

"Neftçi"dən bir ilk - 1/4 finalda iştirak etməyəcək
"Qarabağ"dan daha bir yubiley - Uğur
Bu iki komandanın tarixində ilk dəfə olacaq
Futbolumuzda yeni rekord
"Neftçi" final sayında "Qarabağ"ı keçdi - Azərbaycan Kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər