reklam
Azərbaycanlı gimnast 24-cü oldu!
Sportfm.az xəbər saytı

Azərbaycanlı gimnast 24-cü oldu!


Rusiyanın Kazan şəhəri bədii gimnastika üzrə bu ilin sonuncu Dünya Kuboku mərhələsinə ev sahibliyi edib.

Sportfm.az xəbər verir kİ, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, Azərbaycan gimnastlarının da yer aldığı turnirdə ümumilikdə 33 ölkədən nümayəndələr iştirak edib. Ölkəmizi qrup hərəkətləri proqramında təmsil edən Ayşən Bayramova, Elif Zeynep Celep, Diana Doman, Aleksandra Platonova və Siyana Vasileva 2 kompozisiya ilə final mərhələsinə vəsiqə qazanaraq, yekun nəticədə hər iki çıxış üzrə 6-cı pillədə qərar tutublar. Çoxnövçülükdə isə qızlarımız 7-ci yerlə kifayətləniblər. Qrup hərəkətləri üzrə komandalar arasında liderlik Rusiya təmsilçilərində olub.

Fərdi proqramda isə ölkəmiz Zöhrə Ağamirovanın timsalında təmsil olunub. O, 4 alət ürzə yekun nəticəyə əsasən 24-cü yerdə qərarlaşıb.

Oxşar xəbərlər

Bakıda Avropa çempionatının mükafatlandırma mərasimi keçirildi - FOTO
Bədii gimnastika üzrə Dünya Kubokunda idmançılarımız final mərhələsindən uzaq qaldı
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışları başladı
Marina Durunda bədii gimnastika üzrə Dünya Kubokunda iştirak etməyəcək
İkiqat dünya çempionu Bakıya gəlir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər