reklam
Messi əsrin futbolçusu seçildi
Sportfm.az xəbər saytı

Messi əsrin futbolçusu seçildi


“İnter Mayami”nin hücumçusu Lionel Messi ispaniyalı jurnalistlər tərəfindən xüsusi mükafata layiq görülüb.

Sportfm.az xəbər verir ki, “sport.es” nəşri argentinalı oyunçunu 21-ci əsrdə “Barselona”nın ən yaxşı futbolçusu seçib.

Mükafatın təqdimatı üçün nəşrin nümayəndəsi Mayamiyə səfər edib və onu şəxsən Messiyə təqdim edib.

“Barselona” akademiyasının yetirməsi olan Messi Kataloniya klubunun əsas komandasında 2005–2021-ci illərdə çıxış edib. Daha sonra iki mövsüm PSJ-də forma geyinib və 2023-cü ilin yayından etibarən “İnter Mayami”də çıxış edir.

38 yaşlı futbolçu ilə Florida təmsilçisi arasındakı müqavilənin müddəti 2028-ci ilin sonuna kimidir.

Oxşar xəbərlər

Messi "Barselona"ya qayıdacaq
Messi hazırlaşmaq üçün "Barselona"ya qayıdır
Messi “Qızıl top”unu “Barselona”nın muzeyinə bağışladı
XXI əsrin ən yaxşı futbolçusu - Lionel Messi
Mess i“İnter Mayami”də - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər