reklam
Haaland azərbaycanlı futbolçuya çata bilmir!
Sportfm.az xəbər saytı

Haaland azərbaycanlı futbolçuya çata bilmir!


"Mançester Siti"nin hücumçusu Erling Haaland dünya çempionatının seçmə mərhələləri tarixində Avropa zonasında qol rekordunu yeniləyib.

Sportfm.az xəbər verir ki, Norveç millisinin hücumçusu İtaliyaya qarşı keçirilmiş qrup oyununda (1:4) iki qol vurub və o, qolların sayını 16-ya çatdırıb. Polşa yığmasının forvardı Robert Levandovski Rusiyada keçirilən DÇ-2018-in seçmə mərhələsində də o qədər qol vurmuşdu.

Kriştiano Ronaldo isə Portuqaliya millisinin heyətində 15 qol vurmağı bacarmışdı. Dünya çempionatının təsnifat mərhələlərində mütləq rekordçu isə İranın sabiq üzvü, əslən azərbaycanlı olan Kərim Bageridir. Onun aktivində 1998-ci il mundialının seçmə oyunlarında 19 qol var.

Oxşar xəbərlər

Adını tarixə yazdırdı - Uğur
25 yaşlı forvard yeni rekorda imza atdı
Norveç millisinin yeni bombardiri - Erlinq Haaland
Messi yeni rekorda imza atdı
Rusiya yığmasının üzvü:"Azərbaycan millisi dünya çempionatına çıxmaq gücündədir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər