reklam
Millimiz Avropa çempionatına Türkiyədə hazırlaşır
Sportfm.az xəbər saytı

Millimiz Avropa çempionatına Türkiyədə hazırlaşır


Azərbaycanın kişi boksçulardan ibarət U-23 millisi Türkiyəyə yollanıb.

Sportfm.az xəbər verir ki, komanda noyabrın 17-dək təlim-məşq toplanışında olacaq.

Kastamonuda məşqçilər Yadigar Məmmədovla Elvin Məmişzadənin rəhbərliyi altında Sübhan Mamedov, Bilalhəbaşi Nəzərov (hər ikisi 50 kq), Amin Məmmədzadə (55 kq), Tağı Nəsibov (60 kq), Əli Abdullayev (65 kq), Nicat Əlirzayev (70 kq), Fərhad Şeydayev (75 kq) və Səbuhi Əlizadə (+90 kq) hazırlıq keçəcəklər.

Türkiyə millisi ilə birgə təşkil olunacaq növbəti toplanış U-23 Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Kastamonuda sınaq döyüşləri də planlaşdırılır.

Qeyd edək ki, U-23 Avropa çempionatı noyabrın 23-29-da Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq.

Oxşar xəbərlər

Milli komandamız Türkiyəyə yollandı
Millimiz dünya birinciliyinə Özbəkistanda hazırlaşır
Millimiz Türkiyədə hazırlıq keçəcək
Azərbaycan millisi Qazaxıstana yollandı
Millimiz Avropa çempionatına Mahaçqalada hazırlaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər