reklam
Olimpiada – 2024-ün ev sahibi müəyyənləşdi
Sportfm.az xəbər saytı

Olimpiada – 2024-ün ev sahibi müəyyənləşdi


2024-cü il Olimpiya Oyunlarının Parisdə keçirilməsi demək olar ki, dəqiqləşib.

Sportfm.az xəbər verir ki, buna səbəb sona qalan iki namizəd şəhərdən digərinin - Los Ancelesin müraciəti olub.
 
Bu barədə BOK prezidenti Tomas Bax da açıqlama verib. O, bildirib ki, Los Ancelesin Olimpiya və Paralimpiya Namizəd Komitəsi daha uzunmüddətli planları olduğunu əsas gətirərək təşkilatçılığı 2028-ci ildə etmək istəyiblər. Belə olan halda isə ev sahibliyi üçün sadəcə bir namizəd - Paris qalıb.
 
Maraqlıdır ki, BOK-un bir sıra rəsmiləri bu qərara etiraz etsələr də, sonda Baxın istədiyi olub. Xüsusilə də, vitse-prezidenti Uğur Erdener başda olmaqla, bəzi BOK üzvləri bu ideya ilə razılaşmırdılar. Onların fikrincə, təşkilatçının 11 il əvvəl seçilməsi mümkün deyil. Bu həm də 2024-cü il deyil, 2028-ci ilə namizədliyini verməyi planlaşdırılanların haqqının yeyilməsi deməkdi.
 
Qeyd edək ki, Olimpiada-2024-ün ev sahibi bu il sentyabrın 13-də BOK-un Limadası sessiyasında rəsmi elan olunacaq.(apasport.az)

Oxşar xəbərlər

Olimpiada tarixində Türkiyə üçün bir ilk - PARİS - 2024
Afrika ölkəsi olimpiadını keçirmək istəyir
İndoneziya 2032-ci il olimpiadasına ev sahibliyi etmək istəyir
2024-cü və 2028-ci il Yay Olimpiya oyunlarına ev sahibliyi edəcək şəhərlərin adları məlum olub
4 ölkə Avropa çempionatından imtina etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər