Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ruslan Abışov:"Artıq gecikmişəm..."
"Ən böyük arzum "Real Madrid"də oynamaq olub. 20 yaşım olsaydı, bəlkə də düşünərdim. Amma indi 30-a doğru gedirəm, artıq gecikmişəm".
Sportfm.az xəbər verir ki, bu sözləri millimizin və "İnter"in futbolçusu Ruslan Abışov deyib. "Hər şey daxil" verilişinin qonağı olan futbolçu Ronaldonun pərəstişkarı olduğunu söyləyib. R.Abışov şəxsi həyatından bəhs edib:
"Sevib evlənməmişəm. Ailəmin məsləhəti ilə ailə qurmuşam. Amma xoşbəxtəm ki, ailəm belə bir xanım seçib. İstəyərdim mənim də övladım gələcəkdə futbolçu olsun. Sevgi xəstəsi deyiləm. Hansısa qız üçün dəli olmaram. Əsas aradakı hörmətdir. Mənim əsl sevdiyim anamdır".
Abışov nişan üzüyü taxmamağının səbəbini açıqlayıb:"Futbol oynayırıq deyə məşqdə icazə vermirlər. Hakimlər buna icazə vermirlər. Rəqibə zərbə yetirə bilərik. Məncə əsas xanımınla aranda olan hörmətdir, üzüyü taxmağın mənası yoxdur".
Oxşar xəbərlər
Ruslan Abışov təltif edildi - FOTO
Ruslan Abışov futbolla vidalaşacaq - "Neftçi" - "Zenit" matçında
Ruslan Abışov karyerasını başa vurdu - 36 yaşında
Abışov “Zirə” ilə vidalaşdı
Ruslan Abışov ilkə imza atdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası