Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
UEFA "Tottenhem"dən üzr istədi -Medal qalmaqalına görə
UEFA Avropa Liqasının finalından sonra mükafatlandırma mərasimində baş verənlərə görə "Tottenhem"dən üzr istəyib.
Sportfm.az xəbər verir ki, həlledici matçda "Mançester Yunayted"ə qalib gələn (1:0) London klubu mükafatlandırılarkən komandanın üç futbolçusuna qızıl medal çatmayıb.
UEFA-nın mətbuat xidmətindən "Reuters"ə açıqlamada bildirilib ki, çatışmazlıq paltardəyişmə otağında aradan qaldırılıb:
"Təəssüf ki, mükafatlandırma mərasimi zamanı oyunçuların və medalların sayında gözlənilməz uyğunsuzluq oldu. Səhnədə təqdim etmək üçün kifayət qədər medalımız olmadı. Medallar dərhal soyunub-geyinmə otağında qalib komandaya çatdırıldı. Buna görə üzr istəyirik".
Xatırladaq ki, mükafatlandırma zamanı komandanın kapitanı Xın-Min Son, eləcə də Rodriqo Bentankur və Kristian Romero medalszı qalıb. UEFA prezidenti Aleksander Çeferin boş qalan mükafat qutusuna təəccüblə baxıb və növbədə medalını gözləyən üç futbolçunun əlini sıxmaqla kifayətlənib.

Oxşar xəbərlər
Bu gün mükafatlandırma mərasimi keçiriləcək
2-ci Liqada mükafatlandırma mərasimi
II Liqada mükafatlandırma mərasimi - VİDEO
Çempionun mükafatlandırma vaxtı müəyyənləşdi - I Liqa
UEFA-nın yeni prezidenti məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası