reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın sabiq qapıçısı "Everton"dan ayrıldı


İngiltərənin "Everton" klubu 3 futbolçusu ilə yollarını ayırıb.

Sportfm.az xəbər verir ki, qapıçılar Asmir Beqoviç və Joau Virjiniya, eləcə də müdafiəçi Eşli Yanqın başa çatan müqavilələri uzadılmayıb.

Beqoviç 2019-cu il sentyabrın 2-dən 2020-ci ilin yanvarınadək "Qarabağ"da icarə əsasında çıxış edib. Həmin vaxt o, müqavilə ilə İngiltərənin daha bir təmsilçisi "Bornmut"a məxsus olub.

Təcrübəli qolkiper Azərbaycan komandasında Premyer Liqanın 10 oyununda 5 top, Avropa Liqasının 5 matçında 10 top buraxıb.

Bosniya və herseqovinalı oyunçu 2021 - 2023-cü illərdə də "Everton"un formasını geyinib. Onun komandaya ikinci qayıdışı ötən yay baş verib.

Oxşar xəbərlər

"Qarabağ"ın sabiq oyunçusu karyerasını başa vurdu - Millidə
“Everton”un yeni transferi - RƏSMİ
Asmir Beqoviç 10 nəfərdən biridir - FOTO
"Qarabağ"dan "Milan"a... FOTO
Müdafiəçi üçün 30 milyon funt-sterlinq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər