Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
2-ci liqa oyununda minlərlə azarkeş, qolsuz matç -FOTO
Bu gün Azərbaycan 2-ci liqasında 24-cü tura start verilib.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.
Turun mərkəzi qarşılaşmasında "Şəfa" lider "Şahdağ Qusar"ı qəbul edib. Çempionluq əhəmiyyətli bu görüşü Bakıdakı “ASK Arena"da minlərlə azarkeş izləyib. Onların sırasında Qusardan gələnlərin çoxluğu diqqət çəkib.
Matç isə 0:0 hesabı ilə yekunlaşıb və mövsümün sonuna 2 tur qalmış bu iki komanda arasında xal fərqi yenə 3 olaraq qalıb.
Qeyd edək ki, hazırda 24 oyundan 68 xalı olan “Şahdağ Qusar” 1-ci, “Şəfa” 65 xalla 2-cidir.
Qusar təmsilçisi növbəti turda qalib gəlsə, 2-ci liqada çempion olacaq.
Qeyd edək ki, bu iki komanda 1-ci liqaya vəsiqəni artıq təmin ediblər.

Oxşar xəbərlər
Bu gün 24-cü tura start veriləcək - II Liqa
2 komanda Birinci Liqaya yüksəldi - UĞUR
"Şahdağ Qusar", "Şəfa" və "Dinamo" qələbə qazandı
“Şahdağ Qusar”dan 12-ci qələbə
"Şahdağ Qusar" "Şəfa"ya qalib gəldi - II Liqa
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası