reklam
Sportfm.az xəbər saytı

"Kəpəz"in dişinə görə rəqib "Neftçi" -Premyer Liqa


Bu gün Azərbaycan Premyer Liqasının XXXIII turunun son iki qarşılaşması baş tutacaq.

Sportfm.az xəbər verir ki, günün ilk oyununda “Qarabağ" doğma meydanda "Sumqayıt"la üz-üzə gələcək.

Uzun müddət sonra “Azersun Arena”da təşkil olunacaq matçı Cavid Cəlilov idarə edəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 77 xalla ötən tur erkən çempionluğunu təmin etmiş olsa da, Vaqif Cavadovun baş məşqçisi olduğu “kimyaçılar” 30 xalla səkkizinci pillədə qərarlaşır.

Günün digər oyununda “Neftçi” “Kəpəz”i qəbul edəcək.

“Neftçi Arena”da baş tutacaq görüşü Rauf Cabarov idarə edəcək.

“Ağ-qaralar” 36 xalla 7-ci, Gəncə təmsilçisi isə 28 xalla 9-cudur.

Azərbaycan Premyer Liqası
XXXIII tur
4 may

18:00. "Qarabağ" – "Sumqayıt"
Hakimlər: Cavid Cəlilov, MüslümƏliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Namiq Hüseynoc.
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı şəhər stadionu

20:00. "Neftçi” - “Kəpəz”
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
"Neftçi Arena"
Qeyd edək ki, turun digər oyunlarında “Zirə” evdə “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub edib. “Şamaxı” “Səbail”lə, “Sabah” isə “Araz-Naxçıvan”l heç-heçə edib - 1:1.

Oxşar xəbərlər

“Kəpəz” Şamaxıya yollanır, "Zirə" evdə oynayır - Premyer Liqa
Şamaxıda məğlub oldular - Premyer Liqa
Tovuzdakı matçda ədaləti onlar qoruyacaq - TƏYİNAT
“Zirə” – “Turan Tovuz” matçının hakimləri müəyyənləşdi
"Turan Tovuz" "Kəpəz"ə qarşı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər