reklam
25 il sonra Çempionlar Liqasından kənarda qaldılar -
Sportfm.az xəbər saytı

25 il sonra Çempionlar Liqasından kənarda qaldılar -uğursuzluq


Ukrayna Premyer Liqasının 27-ci turunda “Dinamo”nun “İnqulets” üzərində qələbəsindən (4:0) sonra “Şaxtyor” çempionluq üçün riyazi şanslarını itirib.

Sportfm.az xəbər verir ki, kiyevlilərin 67 xalı var və mövsümün bitməsinə üç tur qalmış liqaya başçılıq edir. “Şaxtyor” 57 xalla üçüncü yerdədir.

Beləliklə, Donetsk klubu 1999/00 mövsümündən sonra ilk dəfə UEFA Çempionlar Liqasında (ÇL) oynamayacaq. ÇL-də (2-ci təsnifat mərhələsindən) yalnız Ukrayna çempionatının qalibi iştirak edəcək.

Ukrayna çempionatında 2-ci pillədə 60 xalla rəqiblərindən 1 oyun az keçirən "Aleksandriya" klubu mövqe tutub.

Oxşar xəbərlər

İspanlar uddu, "Qarabağ"ın şansı gətirdi
"Şaxtyor" növbəti dəfə Ukrayna çempionu oldu
Paşayev oynadı, "Şaxtyor" qalib gəldi - VİDEO
Ukrayna "Şaxtyor"u "Qəbələ"nin futbolçusunu transfer etdi
10-cu dəfə çempion oldular!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər