Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanlı hücumçunun son durumunu açıqladılar
Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin son durumu müəyyənləşib.
Sportfm.az xəbər verir ki, 27 yaşlı futbolçu 2-ci Bundesliqanın “Fortuna Düsseldorf”a qarşı 31-ci tur matçında (3:3) əlindən zədə almış və son məşqlərə xüsusi şinlə çıxmışdı.
“Nürnberq”in saytı Emrelinin son vəziyyətini açıqlayıb. Qeyd edilib ki, o, mayın 4-də “Elbersberq”a qarşı 32-ci turun ev oyununda meydana çıxa biləcək və bu zədə hücumçu üçün problem yaratmır.
“Nürnberq”in baş məşqçisi Miroslav Kloze də zədənin Mahirə problem yaradacağını düşünmür. O deyib: “Futbolda avtomatik olaraq ikili mübarizələrə girirsən. Mənə elə gəlmir ki, bu, ona mane olacaq”.
Qeyd edək ki, Emreli son turlar uğurlu oyunu ilə diqqət çəkir. Azərbaycanlı futbolçu son 3 bundesliqa matçında 4 qol vurub. Ümumən isə Mahir 21 bundesliqa matçında 7 dəfə rəqib qapısına yol tapıb.

Oxşar xəbərlər
Mahir Emreli xüsusi geyimlə oyunlara qatılacaq
Mahir Emreli "Nürnberq"də hamını keçdi
Mahir etimadı doğruldur - start heyətində
Mahir Emreli oynadı, komandası uddu
Emreli komanda ilə məşqlərə başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası