reklam
Sportfm.az xəbər saytı

"Bu cür davam edə bilməzdi" - Ayxan Abbasov danışdı


"Zirə”nin baş məşqçisi Ayxan Abbasov yeni transferlərdən olan Rəşad Sadiqovun komandadan çıxarılmasına münasibət bildirib.

O, Qol.az saytının müxbiri ilə söhbətində 34 yaşlı yarımmüdafiəçinin intizamsızlığına görə komandadan uzaqlaşdırıldığını desə də, təfərrüatı açıqlamayıb: 

"Rəşadın özü ilə də söhbət elədim, başa saldım. O, elə bir yaşda olan futbolçudur ki, hansısa cəza vermək istəmədim. Rəşad bunu başa düşdü və normal şəkildə yollarımızı ayırdıq. Konkret olaraq intizamsızlığına görə komandadan göndərildi. Bu cür davam edə bilməzdi”.

Xatırladaq ki, 2016/17 mövsümünün sonu "Qəbələ" ilə müqaviləsi başa çatan R.Sadiqov "Zirə"yə bu yay transfer olunmuşdu.

Oxşar xəbərlər

Rəşad Sadiqovun taleyi nə olacaq?
"Zirə" Rəşad Sadiqovu heyətdən kənarlaşdırdı
Topaz Premyer Liqasının bombardiri klubsuz qaldı
Migel Lorenso Azərbaycanı tərk etdi
AZAL 6 futbolçu ilə yollarını ayırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər