reklam
Çempionlar Liqasında əlavə vaxt ləğv olunacaq
Sportfm.az xəbər saytı

Çempionlar Liqasında əlavə vaxt ləğv olunacaq


Avropa futbolunun rəhbərliyi Çempionlar Liqasının pley-off matçlarında heç-heçə olacağı təqdirdə, əlavə vaxtın ləğvi ideyasına qayıtmaq qərarına gəlib.

Sportfm.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, UEFA rəsmiləri klub nümayəndələri ilə müvafiq məsləhətləşmələrə başlayıb. Əlavə 30 dəqiqəlik oyun ləğv edilərsə, komandalar daha az səylə penaltilər seriyasına keçə biləcəklər.

Həmçinin, 1/4 final mərhələsinə qədər avrokuboklarda bir ölkədən klubların ayrılması nəzərdə tutulur. Bütün bu planlar UEFA-nın mayın 30-da keçiriləcək iclasından sonra reallığa çevrilə bilər.

Oxşar xəbərlər

Almanlar və ispanlar yarımfinalda - Çempionlar Liqası
Superkubokda əlavə vaxt ləğv edildi - Qərar
Çempionlar Liqasında komanda sayı artırılacaq - 32-dən 36-ya
Çempionlar və Avropa Liqası ilə bağlı inqilabi dəyişiklik
Klublarımız avrokuboklarda 4 əvəzetmə edəcək - Rəsmi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər