Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ağayev Çexiyaya şərtlə gedib!
Millinin qapıçısı Kamran Ağayev "Mlada Boleslav"a keçdi. Xəbəri Çexiya klubunun idman direktoru Duşan Uqrin təsdiqləyib. O bildirib ki, 31 yaşlı qolkiper heyətə cəlb olunan 3 yeni oyunçudan biridi.
Sportfm.az xəbər verir ki, Uqrin Ağayevin gəlişi ilə komandadakı qapıçıların sayının 3-ə çatdığını bildirib. Digər 2 çərçivə qoruyucuları Yakub Diviş və Ludek Veymoladı.
"Mlada Boleslav" Avropa Liqasının II təsnifat mərhələsində İrlandiyanın "Şemrok Rovers" klubunu səfərdə 3:2, evdə 2:0 hesabı ilə yenib. Növbəti mərhələdə rəqib Albaniyadan "Skenderbeu" olacaq.
Bu ilin aprelində "Boavişta"dan qalmaqallı şəkildə ayrılan Ağayev çexlərlə 1+1 illik müqavilə bağlayıb. "Mlada" varlı klub deyil və təbii ki, ona yüksək paralar ödəməyəcək.
"Neftçi"nin transferindən vaz keçdiyi kiper sözügedən ölkədə ayına 6000 avro qazanacaq. Portuqaliyada isə bu rəqəm 4000 avronu keçmirdi.
Razılaşmaya əsasən, gələn yay Avropanın hansısa ölkəsindən dəvət alsa, "Mlada" Kamranın ayrılmasına problem yaratmayacaq (sportinfo).
Oxşar xəbərlər
Kamran Ağayev karyerasını bitirdi - 36 yaşında
Kamran Ağayevin “kitab”ı necə bağlandı? - Baş məşqçi açıqladı
Kamran Ağayev yenə Azərbaycana qayıdır?
Kamran Ağayev Çexiyanın "Mlada Boleslav" klubu ilə müqavilə bağladı
Kamran Ağayev yenidən legioner karyerası yaşayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dünya Çempionatında iştirak edəcək güləşçilərimiz - SİYAHI
-
İsrail təmsilçisi "Sabah"a rəqib oldu - Çempionlar Liqası
-
“Panatinaikos” cütün qalibi oldu - Konfrans Liqası
-
AFFA “Clear Line” layihəsinə qoşuldu
-
"Qarabağ" "Dinamo" ilə oyuna hazırdı - FOTOLAR
-
“Fənərbaxça” pley-off mərhələsində - Çempionlar Liqası















Misli Premyer Liqası