reklam
Sportfm.az xəbər saytı

"Kəpəz" və "Sumqayıt" azarkeşlərə görə cəza aldı -QƏRAR


AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXIX turun oyunlarında baş verənlərlə bağlı qərar çıxarıb.
Sportfm.az xəbər verir ki, "Kəpəz" və "Sumqayıt" klubları azarkeşlərinə görə cəzalanıb.

Gəncə təmsilçisi səfərdə "Sabah"ı 1:0 hesabı ilə məğlub etdiyi oyunda azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə olunduğuna görə 1500 manat cərimə edilib.

"Kimyaçılar"ın azarkeşləri isə səfərdə "Araz-Naxçıvan"a 0:2 hesabı ilə məğlub olduqları oyunda hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirblər. Bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə "Sumqayıt"a 1000 manat cərimə kəsilib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XXX tura aprelin 11-də start veriləcək.

Oxşar xəbərlər

AFFA "Neftçi" və "Qarabağ"ı cərimələdi - QƏRAR
Premyer Liqa klubları cərimələndi
"Turan Tovuz" və "Kəpəz" cərimələndi - QƏRAR
"Neftçi" və "Qarabağ" cərimələndi - Qərar
Premyer Liqa klubları cərimələndi - Qərar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər