reklam
Sportfm.az xəbər saytı

"Milan"ın sabiq futbolçusu istənməyən şəxsə çevrildi -QƏRAR


Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının Baş katibi, Tbilisi meri Kaxa Kaladze “Ukraynanın beynəlxalq dərəcəli idman ustası” fəxri adından məhrum edilib.

Sportfm.az xəbər verir ki, bu barədə qərarı Ukraynanın Gənclər və İdman Nazirliyi qəbul edib.

Qeyd edək ki, K.Kaladze futbol karyerasında Kiyevin “Dinamo” klubunda da çıxış edib. O, “Milan”a keçməmişdən öncə 1998-ci ildən 2001-ci ilədək üç dəfə Ukraynanın çempionu olub və üç dəfə ölkə kubokunu qazanıb.

Bu yaxınlarda onun siyasi fəaliyyətini şərh etmiş Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko K.Kaladzenin onun üçün artıq mövcud olmadığını söyləyib və ölkəsinin ona qarşı sanksiya tətbiqini dəstəklədiyini vurğulayıb. A.Şevçenkonun söylədiklərinə münasibət bildirən K.Kaladze onunla polemikaya girməyi özünə yaraşdırmadığını deyib.

Oxşar xəbərlər

"Ukraynanın yanında olmaqdan qürur duyuram" - Andrey Şevçenko
"Milan"ın sabiq əfsanəsi "Neftçi"nin matçında - Səfər
"Milan"ın sabiq ulduzu hədiyyə payladı - FOTOLAR
Andrey Şevçenko Azərbaycan çempionatını izləmir!
Kaladze Bakıda!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər