reklam
Azlıqda qalan
Sportfm.az xəbər saytı

Azlıqda qalan "Qarabağ" "Neftçi"ni məğlub etdi -Premyer Liqa


Misli Premyer Liqasında 23-cü tur davam edir.

Sportfm.az xəbər verir ki, bu gün turun mərkəzi oyununda “Neftçi” öz meydanında "Qarabağ”ı qəbul edir.

Hazırda Ağdam klubu 53 xalla çempionatın vahid lideridir. “Neftçi” isə 24 xalla altıncı pillədə qərarlaşıb.

2025-ci ilə uğursuz start verən “Qarabağ” son turda “Səbail”i darmadağın edib. “Ağ-qaralar” isə mövsümdə ilk dəfədir kubok da nəzərə alınmaqla ardıcıl 3 görüşdə qələbə qazanıb. “Neftçi”nin uğurlu seriyasını ağdamlılarla matçda da davam etdirib-etdirməyəcəyi maraqla gözlənilir.

Son illər olduğu kimi, cari mövsümdə də Qurban Qurbanovun komandasının əzəli rəqib önündə aşkar üstünlüyü var. Mövsümün birinci hissəsində bu iki komanda arasında keçirilən görüşlərdə “Qarabağ” 4:0 və 3:0 hesabı ilə qələbə qazanıb.

Misli Premyer Liqası

3-cü dövrə, 23-cü tur

16 fevral

19:00. “Neftçi” - “Qarabağ” - 0:1

Qol: Marko Yankoviç, 89 - pen.

Qırmızı vərəqə: Kevin Medina, 22 ("Qarabağ")
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Elşad Abdullayev
“Neftçi Arena”

16:00. “Turan Tovuz” - “Araz-Naxçıvan” - 1:0

Qol: Hayderson Hu, 86
Qırmızı vərəqə: İqor Ribeyro, 48 ("Araz-Naxçıvan")
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rahil Ramazanov
Tovuz şəhər stadionu

17 fevral

16:00. “Kəpəz” - “Şamaxı”

19:00. “Səbail” - “Sabah”

15 fevral

“Sumqayıt” - “Zirə” - 0:3

Oxşar xəbərlər

"Turan Tovuz" “Araz-Naxçıvan”a qalib gəldi - Misli Premyer Liqası
"Turan" qələbə sorağında - Premyer Liqa
"Neftçi" - "Qarabağ" matçının hakimləri açıqlandı
“Araz-Naxçıvan” “Kəpəz”ə, “Zirə” “Neftçi”yə qarşı - Misli Premyer Liqası
"Qarabağ" "Zirə"yə qarşı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər