reklam
“Azərbaycan əhalisi yüksək mədəniyyətə malik olduğu üçün belə bir davaya əhəmiyyət vermir
Sportfm.az xəbər saytı

“Azərbaycan əhalisi yüksək mədəniyyətə malik olduğu üçün belə bir davaya əhəmiyyət vermir" - İranda sensasion açıqlama


İranda bizim jurnalistlər peşəkar deyil. Mən özüm də tehranlıyam, amma Təbrizə gəldikdən sonra başa düşdüm ki, tehranlı jurnalistlər ancaq "İstiqlal” və "Perspolis”in xəbərlərini manşetdə görmək istəyir. Hətta Teleradio Şirkəti də bu kimi məsələlərdə tərəfsiz deyil.
 
Sportfm.az xəbər verir ki, bunu Təbrizin "Traktorsazi" futbol komandasının icraçı direktoru Mustafa Acorlu İran Futbol Federasiyası və Teleradio Şirkəti kimi orqanların tərəfsiz olmaması və türk-fars davasının şiddətlənməsinə səbəb olması haqda deyib. O, bir jurnalistin türklər və farsların ənənəvi davasına dair sualını belə cavablandırıb:
"Azərbaycan əhalisi yüksək mədəniyyətə malik olduğu üçün belə bir davaya əhəmiyyət vermir. Pantürkist də yoxdur. Peşəkar futbol hər zaman tərəfsizdir. Bu məsələlər düzgün idarə olunarsa, oyunlar zamanı türk-fars davası da baş verməz”.

Oxşar xəbərlər

"Səs eləyir, amma zədə vermir, dərini bişirir" - Məşqçidən qəribə açıqlama
"İtaliyanın dünya çempionatında oynaması mümkün deyil" - Açıqlama
Qadınların stadiona girişini öz gözü ilə görmək istəyir
“Traktorsazi”nin adı dəyişdirilir
"Kəpəz" bakılıların ittihamlarına cavab verdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər