Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Acun Ilıcalı azarkeşlərə səsləndi - "təxribat üçün bayrağımızdan istifadə edirlər"
Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti" bu gün Çempionşipin 26-cı turunda lider "Lids"i qəbul edəcək.
Sportfm.az xəbər verir ki, klub oyun öncəsi azarkeşlərinə çağırış edərək stadiona Türkiyə bayrağı gətirilməməsini xahiş edib.
Bu qərara klubun sahibi Acun Ilıcalı da reaksiya verib. O, sosial şəbəkə hesabındakı paylaşımında azarkeşləri anlayışlı olmağa çağırıb: “Azarkeşlərimiz bizə jest olaraq ilk gündən “Hall Siti” matçlarında bayrağımızla stadiona gəlirlər və bu, bizi qürurlandırır. Lakin 2000-ci ildə iki “Lids” azarkeşinin həyatını itirdiyi dəhşətli hadisədən sonra digər komandaların bəzi azarkeşləri bu hadisədən yararlanaraq “Lids" fanatlarını təxribata çəkmək üçün bayrağımızdan istifadə edirlər. Bu gün verilən bəyanat isə bayrağımıza, ölkəmizə qarşı təxribat elementi kimi istifadə olunmasının qarşısını almaq məqsədi daşıyır".
Qeyd edək ki, 2000-ci idə UEFA Kubokunun İstanbulda keçirilən "Qalatasaray" - "Lids" matçından əvvəl baş verən qarşıdurmada İngiltərə klubunun iki azarkeşi vəfat edib.
Xatırladaq ki, bu gün keçiriləcək "Hall Siti" - "Lids" matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Oxşar xəbərlər
Ilıcalı baş məşqçisini istefaya göndərdi
Acun ulduzun izində - Karvalyo gəlir
Acun Ilıcalı “Turan Tovuz” və “Zirə” rəsmiləri ilə görüşdü
Acun Ilıcalı klub alır - İrandiya
Acun Ilıcalı İngiltərdə klub alır - 35 milyona
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası