reklam
Prosineçki ən az qiymətləndirilən oyunçular siyahısında
Sportfm.az xəbər saytı

Prosineçki ən az qiymətləndirilən oyunçular siyahısında


Azərbaycan millisinin sabiq baş məşqçisi, xorvatiyalı Robert Prosineçki futbol tarixində ən az qiymətləndirilən oyunçuların siyahısına salınıb.
Sportfm.az xəbər verir ki, mütəxəssis məşhur "GiveMeSport" portalının hazırladığı siyahıda beşinci yerdə qərarlaşıb.

İlk pillədə Danimarka millisinin keçmiş üzvü Mikael Laudrup yer alıb. O, karyerası ərzində "Yuventus" (İtaliya), "Barselona", "Real" (hər ikisi İspaniya) və "Ayaks"da (Niderland) oynayıb. İkinci yerdə Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Tomas Müller qərarlaşıb. Üçüncü pillədə isə İngiltərə təmsilçisi "Liverpul"un keçmiş yarımmüdafiəçisi Cordan Henderson yer alıb. İspaniyalı Dani Karvahal dördüncü olub.

Qeyd edək ki, siyahıda digər yerlərdə Frank Riberi (Fransa), Serxio Buskets (İspaniya), George Haci (Rumıniya), Maykl Karrik (İngiltərə) və Rudi Föller (Almaniya) qərarlaşıb.

Oxşar xəbərlər

Dünyanın ən varlı klubları - ilk üçlükdə 3 ingilis
İlin komandasına namizədlər açıqlandı- UEFA 2019-cu il
İlin rəmzi komandasına namizədlər açıqlandı - SİYAHI
İlin rəmzi komandasına namizədlər açıqlandı - SİYAHI
Ən çox maaş alan futbolçuların adları açıqlandı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər