reklam
Ayxan Abbasov:
Sportfm.az xəbər saytı

Ayxan Abbasov:"Qələbəmiz bizi heç də arxayınlaşdırmır"


"Zirə" Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşü çərçivəsində "Differdange"nin qonağı olacaq. 

Sportfm.az xəbər verir ki, "Zirə"nin baş məşqçisi Ayxan Abbasov oyunla bağlı fikrini bildirib: 

"Əvvəla düşmən həmləsi nəticəsində Füzuli rayonunda baş vermiş faciəylə bağlı xalqımıza və həyatlarını itirən doğmalarımızın ailəsinə başsağlığı vermək istəyirəm. Allahdan 2 yaşlı körpə balamız Zəhra və nənəsi üçün rəhmət, yaxınlarına isə səbr diləyirəm. Oyun haqqda onu deyə bilərəm ki, ilk oyundakı 2:0 hesablı qələbəmiz bizi heç də arxayınlaşdırmır. Rəqibimiz çox yaxşı komandadır. Bizi ağır oyun gözləyir. Cütün taleyi məhz bu oyunda həll olunacaq. "Differdange" avrokubok təcrübəsi olan komandadır. Onların bəzi oyunlarını izləmişəm. 2:0 hesablı üstünlüyümüzü qorumağa çalışacağıq. Lakin bu futboldu və "play-off" oyunları iki oyundan ibarət olur. Yalnız Viktor İqbekoyi viza probleminə görə komandayla səfərə çıxa bilmədi. Başqa itkimiz yoxdur. Ümumiyyətlə Lüksemburq klubları bizə ötən mövsümdən tanışdır. Keçən il "Qarabag" ÇL-də bu ölkənin təmsilçisi ilə qarşılaşmışdı. Ötən gün Lüksemburq təmsilçisinin "Glazgo Rangers" səddini keçməsi mənim üçün surpriz oldu. Səfərdən məğlubiyyətlə dönüb evdə mərhələni keçməsi inkişaflarından xəbər verir". 

Oxşar xəbərlər

"Bizi gərgin oyun gözləyir" - Rəşad Sadıqov
Ayxan Abbasov dərsdən danışır
“Qarabağ” güclü komandadır" - Millinin baş məşqçisi
"Zirə"nin baş məşqçisi:"Daha yaxşı çıxış edəcəyik"
"İlk matçın evdə olması bizim üçün üstünlükdür" - "Zirə"nin baş məşqçisi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər