reklam
Onlar da türklərin yolu ilə getdi...
Sportfm.az xəbər saytı

Onlar da türklərin yolu ilə getdi...


İtaliya superkuboku gələn il yanvarın 2-dən 6-dək Səudiyyə Ərəbistanında keçiriləcək.

Sportfm.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

2025-ci ildə İtaliya superkubokunun nə vaxt və harada oynanılacağı məlum olub. Kubok uğrunda dörd komanda mübarizə aparacaq: “İnter”, “Milan”, “Yuventus” və “Atalanta”.

2025-ci il yanvarın 2 və 3-də baş tutacaq yarımfinalda “İnter” – “Atalanta”, “Yuventus” -“Milan” görüşləri keçiriləcək. Mini-turnirin finalının yanvarın 6-da keçirilməsi nəzərdə tutulub. Üçüncü yer uğrunda görüş olmayacaq.

Bütün oyunlar Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının ev arenası olan Ər-Riyaddakı “Kingdom Arena”da keçiriləcək.

Oxşar xəbərlər

“Yuventus” 1/4 finalda - İtaliya Kuboku
Superkubokunun qalibi məlum oldu
Bu gün derbi var - "Milan" - "İnter"
Axır ki, ərəblər bunu bacardı - İtaliya Super kuboku Səudiyyə Ərəbistanında
"Yuventus" titul üçün Qatara gedir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər