Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan çempionu faciəvi şəkildə dünyasını dəyişdi - FOTO
Azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə ölkə çempionu Reyhan Məmmədova faciəvi şəkildə ölüb.
Sportfm.az saytı bakipost-a istinadən xəbər verir ki, idmançı dünən avtomobil qəzasına düşüb. Belə ki, dünən axşam saatlarında R.Məmmədovanı maşın vurub.
Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından faktı təsdiqləyiblər.
Oxşar xəbərlər
Yenə idmançı, yenə qəza - ölən var
Azərbaycanda idmançı faciəvi şəkildə öldü - FOTO
Azərbaycan çempionunu öldürən şəxs həbs edildi
Bakıda çempion qızın ölüm anı - VİDEO
"Neftçi"nin sabiq üzvü faciəvi şəkildə dünyasını dəyişdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası