Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanın aparıcı cüdoçuları Yaponiyada
Cüdo üzrə Azərbaycan milli komandasının əsas üzvləri hazırda Yaponiyada təlim-məşq toplanışındadır.
Sportfm.az xəbər verir ki, hər il ənənəvi keçirilən məşq prosesində Azərbaycan cüdoçuları ilə yanaşı Yaponiya, Fransa, Cənubi Koreya, Braziliya, Çex Respublikası, Monqolustan, İtaliya, Rusiya kimi dünyanın aparıcı cüdo ölkələrinin milli komandaları da iştirak edirlər.
İdmançılarımız baş məşqçi Fərhad Məmmədov, məşqçilər Mövlud Mirəliyev və Şümşat Bəhramovun rəhbərliyi altında gündə 2 dəfə məşq edərək gələcək beynəlxalq yarışlara hazırlaşırlar.
Tokio toplanışında Səfərov Orxan, Şıxəlizadə Nicat, Orucov Rüstəm, Heydərov Hidayət, Vəliyev Telman, Mehdiyev Məmmədəli, Dadaşov Firudin, Məmmədov Elxan, Kotsoyev Zelim, Kokauri Uşanqi, Munxtsedev İçinxorlo, Qurbanlı Aişə, Əzizova Nəzakət, Hüseynova Xanım iştirak edirlər.
Oxşar xəbərlər
Cüdoçularımız İspaniyada
Azərbaycan cüdoçuları Avropa çempionatında mübarizəyə başlayır
Cüdoçularımız məşhurlarla bir yerdə
Azərbaycanın tanınmış cüdoçuları Avstriyada
Beynəlxalq Cüdo federasiyası yeni reytinq cədvəlini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası