reklam
Sportfm.az xəbər saytı

"Neftçi" üçün formal oyun, Qəbələdə önəmli matç -Ölkə Kuboku


Bu gün futbol üzrə Azərbaycan kubokunda finalçılar məlum olacaq.

Sportfm.az xəbər verir ki, yarımfinalın cavab matçlarından biri Qəbələdə, digəri Bakıda keçiriləcək.

İlk olaraq “Qəbələ” və “Zirə” üz-üzə gələcək. Bakıdakı ilk görüşdə Zirə təmsilçisi qələbə qazanıb – 2:1.

İkinci finalçının adına Azərbaycan derbisində aydınlıq gələcək. “Qarabağ” – “Neftçi” oyunu saat 20:00-da başlayacaq. İlk matçda Ağdam komandası rəqibini 4 cavabsız qolla üstələyib.

Azərbaycan kuboku, yarımfinal

Cavab oyunları

24 aprel

17:00. Qəbələ – Zirə
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
VAR: Cavid Cəlilov.
AVAR: Eyyub İbrahimov.
Qəbələ şəhər stadionu

20:00. Qarabağ – Neftçi
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tofiq Bəhramov adına Respublika stadionu

Oxşar xəbərlər

“Neftçi” “Səbail”ə qarşı - Misli Premyer Liqası
“Qarabağ” – “Kəpəz” matçı Emin Əliyevə tapşırıldı - Misli Premyer Liqası
“Araz-Naxçıvan” – “Qarabağ” matçı Əliyar Ağayevə tapşırıldı - Misli Premyer Liqası
Neftçi – Səbail matçına hakim təyinatları - Misli Premyer Liqası
Premyer Liqada yeni mövsümün ilk təyinatları

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər