reklam
“Sabah”
Sportfm.az xəbər saytı

“Sabah” "Qarabağ"a üç qol vurdu, tarixə düşdü


“Sabah” Azərbaycan çempionatlarının 32 illik tarixində “Qarabağ”a ardıcıl iki oyunda 3 və ya daha çox qol vuran 3-cü komanda olub.
Sportfm.az xəbər verir ki, bunadək 3 belə hadisə yaşanıb. İki dəfə “Kəpəz”, bir dəfə “Şəmkir” “Qarabağ”la ardıcıl matçlarda məhsuldarlıq göstərib.

Gəncə klubu 1994-cü ildə iki dəfə 4:1 hesablı qələbə qazanıb. 1998-ci ildə isə bu nəticələr fərqli olub – 3:2 və 3:0. “Kəpəz”in eyni ilə təsadüf edən qələbələri iki fərqli mövsümdə qeydə alınıb. “Şəmkir” isə eyni - 2001/02 mövsümündə, 2001-ci ilin sonlarında iki dəfə “Qarabağ”a üç və ya daha çox qol vurub – 5:1 və 3:1.

"Sabah" “Qarabağ”ın 7 oyunluq qələbə və 18 matçlıq məğlubiyyətsizlik seriyalarını da qırıb.

Ağdam klubunun Premyer Liqada qələbə qazanmadığı son görüş də eyni rəqiblə duelə təsadüf etmişdi. “Sabah” hər iki qarşılaşmada Ağdam klubunun qapısına 3 qol vurub. XXII turda 3:3 hesablı heç-heçə ilə kifayətlənən paytaxt təmsilçisi XXX turda qalib gəlib – 3:2.

Oxşar xəbərlər

Futbolumuzda yeni rekord
“Qarabağ”dan 5-ci dəfə 7 qol - Misli Premyer Liqası
“Qarabağ” və “Sabah”ın üstünlüyü - 2022/23 mövsümü
Kəpəz”, “Turan” və “Qarabağ” ilk üçlükdə, “Neftçi”dən üç dəfə
“Qarabağ” rekordun bir addımlığında dayandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər