reklam
Bu ay Azərbaycan futbolunun tarixinə düşəcək
Sportfm.az xəbər saytı

Bu ay Azərbaycan futbolunun tarixinə düşəcək


Aprel ayı Azərbaycan futbolunun tarixinə düşəcək.
Sportfm.az xəbər verir ki, bu gündən başlayaraq, ayın hər günündə rəsmi oyun keçiriləcək.

Bu da ölkə futbolu tarixində mütləq rekorddur. Aprelin 12 günündə Premyer Liqanın, 13 günündə Əvəzedicilər Liqasının matçı baş tutacaq. Kubok görüşləri 3 fərqli gündə olacaq. 1-ci Liqa oyunları 9, 2-ci Liqa matçları 12 günü əhatə edəcək.

Ayın 13 günündə yalnız 1 turnirin qarşılaşmaları baş tutacaq. 15 gündə 2 yarışda oyunlar keçiriləcək.

Aprelin 3-də və 29-da 3 fərqli turnirin görüşləri təşkil olunacaq.

Hər gün PFL-in bayrağı altında keçirilən ən azı bir matçın baş tutmasına martın 28-dən start verilib. Martın son 4 günündə olduğu kimi, aprel də futbolsuz olmayacaq. Bununla da oyunların keçirilməsi seriyası 34 günə çatacaq.

Seriya mayın ilk günlərinə planlaşdırılan 1-ci Liqa oyunları ilə uzana da bilər.

Oxşar xəbərlər

Millimizin Olimpiya Təsnifat Turnirinin proqramı müəyyənləşdi
Ölkə çempionatında bir ilk yaşanacaq
14 ildən sonra heç-heçə seriyası qeydə alınıb
Bakıdakı oyun İsveçrənin tarixinə düşəcək
Emre Mor Türkiyə futbolu tarixinə düşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər