Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan cüdoçusu Rumıniyada gümüş medal qazandı
Rumıniyanın paytaxtı Buxarest şəhərində cüdo üzrə Avropa açıq çempionatına start verilib.
Sportfm.az xəbər verir ki, yarışın birinci günü Azərbaycan milli komandası ilk medalını qazanıb.
73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Hüseyn Rəhimli Böyük Britaniya, Rumıniya, İtaliya və Ukrayna cüdoçularına qalib gələrək finala çıxıb. Cüdoçumuz həlledici qarşılaşmada Puerto-Riko təmsilçisinə uduzaraq gümüş medala sahib olub.
Qeyd edək ki, 29 ölkədən 376 cüdoçunun (244 kişi, 132 qadın) mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 15 cüdoçu (13 kişi, 2 qadın) ilə təmsil olunur.
Oxşar xəbərlər
Minsk cüdoçularımız düşərli oldu
Azərbaycan cüdoçusu ermənini diz çökdürdü
17 idmançımızdan 4-ü medal qazandı
Cüdoçularımız Avropada 1-ci olublar
Azərbaycan cüdoçularından Avropa kubokunda 7 medal
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası