reklam
Çempionlar Liqasının ilk oyununda rekord
Sportfm.az xəbər saytı

Çempionlar Liqasının ilk oyununda rekord


“Mançester Siti” ötən gecə Çempionlar Liqasının 1/8 final mərhələsinin “Kopenhagen”lə ilk oyununda rekorda imza atıb.
Sportfm.az xəbər verir ki, komanda bunu rəqibini 3:1 hesabı ilə məğlub etməklə bacarıb.

Beləliklə, “şəhərlilər” Çempionlar Liqası tarixində ardıcıl 7 oyunda 3+ qol vuran ilk komanda olublar. Xosep Qvardiolanın komandası “Kopenhagen”lə oyundan öncə qrup mərhələsində “Leyptsiq” (3:1 və 3:2), “Srvena Zvezda” (3:1 və 3:2) və “Yanq Boyz”a (3:1 və 3:0) qalib gəlib.

“Kopenhagen”lə cavab oyunu martın 6-da “Etihad” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Xatırladaq ki, “Mançester Siti” Çempionlar Liqasının son qalibidir.

Oxşar xəbərlər

“Mançester Siti” və “Real” 1/4 finalda - Çempionlar Liqası
1/8 final mərhələsi başlayır - Çempionlar Liqası
Çempionlar Liqasında 4-cü tur başlayır
MS “Leyptsiq”ə, “Barselona” “Portu”ya qarşı - Çempionlar Liqası
Çempionlar Liqasının nəticələri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər