reklam
Sportfm.az xəbər saytı

"İnter" "Bakcell Arena"da oynayacaq


Bakı "İnter"i futbol üzrə Avropa Liqası üçün ev arenasını müəyyənləşdirib.
Sportfm.az xəbər verir ki, bu barədə "Report"a klubun icraçı direktoru Rəmiş Malıyev məlumat verib.

Onun sözlərinə görə, "bankirlər" rəqiblərini "Bakcell Arena"da qəbul edəcəklər: "Əvvəlcədən "Dalğa Arena"da oynamaq istəyirdik. Amma sonradan qərara aldıq ki, "Bakcell Arena" daha münasibdir. 8-ci km qəsəbəsindəki bu stadionu "Qəbələ" də sifariş edib. Amma düşünürəm ki, səfər və ev oyunları məsələsini UEFA tənzimləyəcək".

Qeyd edək ki, Avropa Liqasında Azərbaycanın daha bir təmsilçisi olan "Zirə" "Dalğa Arena"nı sifariş edib. "Qarabağ" isə Çempionlar Liqası qarşılaşmalarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.    

Oxşar xəbərlər

Premyer Liqa klublarımızın yoxlama matçları - Azərbaycan Premyer Liqası
"Sumqayıt" saat neçədə oynayacaq?
"Zirə" Rumıniya klubu ilə harada oynayacaq?
"Qarabağ" Tofiq Bəhramovda!
Yağan qar "Neftçi"yə mane oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər