reklam
Sportfm.az xəbər saytı

"Fənərbaxça" Dadaşovun komanda yoldaşını transfer edir


Türkiyənin "Fənərbaxça" klubu yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportfm.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Hatayspor"da çıxış edən Fisayo Dele-Başirudur. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.

"Sarı-lacivərtlilər" qış transfer pəncərəsi zamanı 22 yaşlı dayaq yarımmüdafiəçisi üçün onun klubuna rəsmi təklif göndərəcək.

"Hatayspor" Fisayo Dele-Başirunu mövsümün əvvəlində "Şeffild Uensdey"dən transfer edib. Nigeriya millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Hatayspor"da Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov da çıxış edir.

Oxşar xəbərlər

Saranı "Saray"a gətirdilər - TRANSFER
Ferdi "Fənərbaxça"dan gedir
"Cim-bom"un yeni hədəfi - Viktor Lindelöf
Yüksək daha "yüksəyə qalxa bilər"
Türkiyə klubundan İngiltərəyə yollanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər