Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qəbələ" mübarizəyə başlayır -Gənclər Liqası
Bu gün “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq.
Sportfm.az xəbər verir ki, Çempionlar yolunda qüvvəsini sınayacaq “qırmızı-qaralar” 1-ci mərhələdə Macarıstan təmsilçisi “Puşkaş Akademiya” ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq.
Bu, “Qəbələ”nin turnirdə 6-cı startıdır. Yarışda 2016/17 mövsümündə debüt edən "qırmızı-qaralar" daha bir cəhdi koronavirus pandemiyası səbəbindən 2020/21 mövsümünün ləğvinə görə baş tutmayıb.
Xatırladaq ki, komandalar arasında cavab oyunu oktyabrın 25-də Macarıstanda keçiriləcək. Bu cütün qalibi növbəti raundda "Olimpiakos" (Yunanıstan) - "Leççe" (İtaliya) duelində mərhələ adlayan komanda ilə qarşılaşacaq.
4 oktyabr
UEFA Gənclər Liqası
Çempionlar yolu, I mərhələ
16:00. “Qəbələ” (Azərbaycan) – “Puşkaş Akademiya” (Macarıstan)
Baş hakim: Sayat Karabayev (Qazaxıstan)
Qəbələ şəhər stadionu

Oxşar xəbərlər
"Qəbələ" "Olimpiakos"a uduzdu
“Qəbələ” bu gün “Olimpiakos”la qarşılaşacaq - Gənclər Liqası
“Qəbələ” növbəti mərhələyə keçdi - Gənclər Liqası
"Qəbələ" cavab oyununa çıxır - UEFA Gənclər Liqası
"Qəbələ"nin rəqibi müəyyənləşdi - Gənclər Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası