reklam
Sportfm.az xəbər saytı

"Azərbaycanda içmək problem deyil"


"Levski"dən ayrıldıqdan sonra 6 ay dincəldim. Bu müddətdə çəkim artdı, özümü pis hiss etməyə başladım. Buna baxmayaraq, AZAL klubundan gələn təklifi qəbul etdim". Sportfm.az xəbər verir ki, bu sözləri AZAL və "İnter"in sabiq futbolçusu Enyo Krastovçev deyib.

Ölkəsi Bolqarıstanda topsport.bg saytına geniş müsahibə verən "Marek" klubunun hücumçusu Azərbaycanda keçirdiyi illəri də xatırlayıb. 33 yaşlı forvard AZAL-a formada olmadığı bir vaxtda keçdiyini bildirib.
 
Krastovçev "İnter"ə transferinin səbəbini də izah edib: "AZAL-da iki məşq edən kimi, ayaq əzələmdə gərginlik yarandı. Bununla belə, onlar mənə müqavilə təklif etdilər. "Volın"la yoxlama görüşündə mənə şans verildi. Həmin matçda bir qol vursam da, çətinliklə oynayırdım. Nəticədə müqavilə imzaladım və Robert Petrovla birlikdə AZAL-da oynamağa başladım. Yarım mövsüm çıxış etdikdən sonra "İnter"ə keçdim, orda Peter Zlatinovla görüşdüm. Onların maliyyə imkanları çox geniş idi, yüksək məbləğdə maaş təklif etmişdilər".
 
Bolqarıstanlı futbolçu eyni zamanda Azərbaycan çempionatı barədə də maraqlı fikirlər səsləndirib: "Bu, klub rəhbərləri, məşqçilər və menecerlərin içməyi və rejimə əməl etməməyi problem kimi görmədikləri yeganə turnirdi. Onlar buna görə nə cərimə kəsirlər, nə də cəzalandırırlar".
 
Qeyd edək ki, 2010-11 mövsümünün ikinci yarısını AZAL-da keçirən Enyo Krastovçev növbəti mövsümdə "İnter"in formasını geyinib.

Oxşar xəbərlər

“Qarabağ”dan 5-ci, “Neftçi”dən ilk
AZAL-dan antirekord, Vaqifdən yubiley
100-cü heç-heçə
Mövsümün ilk cəzaları açıqlandı
AZAL-dan rəsmi transfer

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər