reklam
Azərbaycan millisi ilə səfər matçının biletləri satışda -
Sportfm.az xəbər saytı

Azərbaycan millisi ilə səfər matçının biletləri satışda -DÇ-2024


Avstriyalı azarkeşlər üçün AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək səfər oyununun biletləri satışa çıxarılıb.
Sportfm.az xəbər verir ki, bu barədə Avstriya Futbol Assosiasiyası məlumat yayıb.Məlumatda bildirilib ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı canlı izləmək istəyən qonaq komandanın fanatları indidən bilet əldə edə bilərlər. Avstriyalılara ayrılacaq sektorun biletlərinin qiyməti 4 avrodur. İlkin satışlar oktyabrın 1-dək nəzərdə tutulub.Qiymətlə bağlı müqayisə aparan Avstriya mətbuatı ölkə daxilində keçirilən futbol oyunlarının ən ucuz biletinin 6 avro olduğunu bildirib.Ralf Ranqnikin komandası Bakı səfəri ərəfəsində oktyabrın 13-də Vyanada Belçika yığmasını qəbul edəcək. Həmin oyuna artıq 45 000-dən çox bilet satılıb.Avstriya yığması hazırda 13 xalla F qrupunda ikinci, Azərbaycan millisi isə 1 xalla dördüncü pillədə qərarlaşıb. Canni De Byazinin komandası oktyabrın 13-də Tallində Estoniyanın qonağı olacaq.

Oxşar xəbərlər

“Qarabağ” - "Ludoqorets” matçının biletləri satışa çıxır
"Qarabağ" - "Bayer" matçının biletləri satışda
“Qarabağ” - "Braqa” oyununun biletləri satışda
Azərbaycan - Avstriya oyununa biletlər satışda
Millimizin Avstriya ilə oyununun biletləri satışda - AVRO-2024

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər