reklam
“Neymar Jr’s Five” futbol turnirin Azərbaycan üzrə çempionu bəlli olub – FOTO
Sportfm.az xəbər saytı

“Neymar Jr’s Five” futbol turnirin Azərbaycan üzrə çempionu bəlli olub – FOTO


Bakıda Dənizkənarı Milli Parkda "Neymar Jr’s Five” beynəlxalq futbol turnirinin Azərbaycan finalı keçirilib.

Sportfm.az xəbər verir ki, 16 komandanın iştirak etdiyi final mərhələsində Gəncə, Lənkəran, Şəki, Quba və Bakı seçim mərhələlərində iştirak edən 330 komandadan 16 kollektiv mübarizə aparıb.

Onlar ulduz futbolçu Neymarın vətəni Braziliyaya Dünya finalına yollanmaq uğrunda mübarizə aparıblar.

Gərgin və güzəştsiz mübarizəylə yadda qalan milli finalda Bakını təmsil edən "Şirinlər” komandası çempion olub. Finalda "Qara Qartal”la qarşılaşan "Şirinlər” komandası 1:0 hesabıyla qələbə qazanaraq çempionluq sevinci yaşayıb. 

Yarışın Azərbaycan üzrə ən güclü komandası "Şirinlər” iyul ayında Braziliyada keçiriləcək "Neymar Jr’s Five” Dünya finalına yollanacaq və mötəbər yarışda Azərbaycanı təmsil edəcək.

Oxşar xəbərlər

Azərbaycan komandası beynəlxalq yarışda 1/4 finalda
Dünya Kubokunda Azərbaycanı təmsil edəcək gimnastlar - SİYAHI
Neymar Braziliyaya gedir
Neymar Jr’s Five futbol turniri Azərbaycanda
Cüdoçularımız Avropada 1-ci olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər